2010-cu ildə həyata keçirilən birləşmə nəticəsində müasir texnologiyalar və qabaqcıl avadanlıqlarla təchiz olunmuş “Bakı Neft Maşınqayırma Zavodu” MMC fəaliyyətə başlamışdır. Müəssisə bütün istehsal aktivlərini vahid struktur altında birləşdirərək qısa müddət ərzində istehsal prosesini bərpa etmiş, yüksək keyfiyyət standartlarına cavab verən etibarlı və dayanıqlı məhsulların istehsalını təmin etmişdir.
İllər ərzində formalaşmış zəngin təcrübəni müasir istehsal imkanları ilə birləşdirən zavodumuz, innovativ yanaşması, peşəkar kollektivi və müştəri məmnuniyyətinə verdiyi önəm sayəsində neft maşınqayırma sənayesində öz mövqeyini daha da möhkəmləndirmiş, yerli və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi tanınmışdır.
Keyfiyyət, etibarlılıq və davamlı inkişaf prinsiplərini əsas götürən müəssisəmiz, sənayenin tələblərinə uyğun məhsullar istehsal edərək ölkənin sənaye potensialının inkişafına töhfə verməyə davam edir.